• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

100 milyon təklif olundu, qəbul etmədi

İDMAN

08 Oktyabr 2026 | 00:44 | Müəllif: Subhan Mahmudov

100 milyon təklif olundu, qəbul etmədi

"Mançester Siti" "Bavariya"nın yarımmüdafiəçisi Aleksandar Pavloviçi transfer edə bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, "Bild"in məlumatına görə, İngiltərə klubu 22 yaşlı futbolçu üçün 100 milyon avroya qədər ödəməyə hazır olub.

"Mançester Siti" mart ayından etibarən Pavloviçin transferi üzərində çalışıb və onun nümayəndələri ilə danışıqlar aparıb. "Bavariya" klubun futbolçunu böyük məbləğ qarşılığında transfer etmək niyyətindən xəbərdar olsa da, tərəflər arasında rəsmi danışıqlar başlamayıb.

Pavloviç İngiltərəyə keçid variantını nəzərdən keçirsə də, sonda Münhendə qalmaq qərarına gəlib.

Qeyd edək ki, Pavloviç "Bavariya" akademiyasının yetirməsidir. O, klubun aşağı yaş qruplarından əsas komandaya qədər yüksəlib və Almaniya millisində də çıxış edir. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026