• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Elza Seyidcahana 500 MANAT uduzan Rəşid Mahmudov: "Bu, dəlilik əlamətidir"

CƏMİYYƏT

08 Oktyabr 2026 | 12:50 | Müəllif: Günəş Mərd

Elza Seyidcahana 500 MANAT uduzan Rəşid Mahmudov: "Bu, dəlilik əlamətidir"

Tibb elmləri namizədi Rəşid Mahmudov müğənni, Əməkdar artist və bəstəkar Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməli olması barədə məhkəmə qərarına münasibət bildirib.

R.Mahmudov bu barədə Bakıvaxtı.az-a danışıb.

O, bildirib ki, məhkəmənin qərarından xəbəri yoxdur: 

“Yasamal Rayon Məhkəməsi niyə məni çağırmayıb? Nə cərimə yazırlarsa, yazsınlar. Pulum yoxdur. Mən demişəm, sözümün arxasındayam. Düz söz demək olmur. Sən özünü başqasından üstün sayırsansa, bu, dəlilik əlamətidir. Kitablarda da yazılıb. Dediyim fikirdə də qalıram”. 
 
Qeyd edək ki, Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudov mülki iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Məhkəmə ddianın qismən təmin edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə, 500 manat məbləğində vəsait ödəməlidir.

Xatırladaq ki, Elza Seyidcahan Rəşid Mahmudovun efirdə onun barəsində təhqiramiz ifadə işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, Rəşid Mahmudovun mənəvi zərərə görə ona 10 min manat ödəməsini istəyib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026