• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

İdmançımız Böyük Britaniyada iki qızıl medal qazandı

İDMAN

05 Oktyabr 2026 | 18:46 | Müəllif: Subhan Mahmudov

İdmançımız Böyük Britaniyada iki qızıl medal qazandı

Tamblinq üzrə milli komandamızın üzvü Tofiq Əliyev Böyük Britaniyada keçirilən iki yarışda uğurla çıxış edərək iki qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, təmsilçimiz əvvəlcə 2026-cı il üzrə Böyük Britaniyanın Milli Yaş Qrupları Finalında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha sonra 2026-cı il üzrə Böyük Britaniya çempionatında iştirak edən gimnastımız uğurunu təkrarlayıb. O, final mərhələsində 29.100 xal toplayaraq qızıl medala sahib olub.

Beləliklə, Tofiq Əliyev iştirak etdiyi hər iki yarışı qızıl medalla başa vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026