• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

"Vəziyyət bizi ciddi şəkildə narahat edir" - Lavrov

DÜNYA

06 Oktyabr 2026 | 15:21 | Müəllif: Əli Hüseynov

"Vəziyyət bizi ciddi şəkildə narahat edir" - Lavrov

İran ətrafındakı münaqişə qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz Yaxın Şərqdəki, o cümlədən Fars körfəzi regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Bir tərəfdən İran, digər tərəfdən isə ABŞ və İsrail arasında yaranmış vəziyyətlə bağlı diplomatik razılaşmaların əldə edilməsi perspektivlərini müzakirə etdik. Bu vəziyyət bizi ciddi narahat edir. Problem bütün qlobal iqtisadiyyata son dərəcə mənfi təsir göstərir", - deyə Lavrov Şərqi Timorun xarici işlər naziri Bendito Freytaşla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Lavrov ümidvar olduğunu bildirib ki, regionun bir çox ölkəsi – xüsusilə Misir, Pakistan, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən göstərilən vasitəçilik səyləri vəziyyətin diplomatik və siyasi məcrada qalmasına kömək edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026