• Bakı 18° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

SİYASƏT

06 Oktyabr 2026 | 16:54 | Müəllif: Əli Hüseynov

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində protokol, eləcə də yaşıl enerji və nəqliyyat bağlantıları, şəhər mobilliyi sahələrində əməkdaşlığı əhatə edən 4 sənəd imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, qarşı tərəfdən Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri Lord Anas Sarvar imzalayıb.

Sənədlər sırasında “Xlinks” və “Yaşıl Dəhliz Alyansı” arasında Anlaşma Memorandumu, UKEF və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Yol Xəritəsi, eləcə də Britaniyanın müvafiq qurum və şirkətləri ilə nəqliyyat, təhsil və digər istiqamətlər üzrə əməkdaşlıq sənədləri yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026