• Bakı 20° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

İstanbulda məktəbdə bıçaqlı hücum olub - YENİLƏNİB

DÜNYA

06 Oktyabr 2026 | 17:01 | Müəllif: Əli Hüseynov

İstanbulda məktəbdə bıçaqlı hücum olub - YENİLƏNİB

Türkiyənin milli təhsil naziri Yusuf Tekin hücum zamanı yaralanan şagirdlərdən birinin vəfat etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, insidentə səbəb məktəblilər arasında baş verən dava olub.

***

12:39

İstanbulun Başakşehir rayonunda məktəbdə baş verən bıçaqlı hücum nəticəsində 8 şagird yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə oktyabrın 6-da Kayaşehir ərazisində yerləşən Şeyh Şamil İmam Hatip Orta məktəbində baş verib.

    Məlumata görə, başqa məktəbdə təhsil alan 15 yaşlı qız şagird məktəbə gələrək digər şagirdlərə bıçaqla hücum edib. Hadisə zamanı 8 şagird yaralanıb və xəstəxanaya çatdırılıb.

    Başakşehir rayonun rəhbəri Cemil Özgür Öneğinin açıqlamasına görə, yaralananların 7-si qız şagirdlərdir. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

    Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu isə 8 yaralının müalicəsinin davam etdiyini, onlardan birinin vəziyyətinin kritik, ikisinin isə orta-ağır olduğunu bildirib.

    Hücumda şübhəli bilinən 15 yaşlı qız polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Oktyabr 2026