• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Zülfüqar Mansurov barəsində qərar verilib

SİYASƏT

06 Oktyabr 2026 | 17:28 | Müəllif: Əli Hüseynov

Zülfüqar Mansurov barəsində qərar verilib

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, təqsirləndirilən Zülfüqar Mansurov 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 min manat cərimə cəzasına məhkum edilib.

    Məhkəmə həbsdə olduğu müddəti nəzərə alaraq ona qəti olaraq 6 min manat cərimə cəzası tətbiq edilib.

    Xatırladaq ki, ötən ilin noyabrında Zülfüqar Mansurov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı.

    Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub, o, həbsdən azad edilib.

    Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev də saxlanılmışdı.

    Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülmüşdü.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR