Böyük Britaniya İsrail Şərqi Yerusəlimdəki Britaniya konsulluğunun bağlanması ilə bağlı qərarından geri çəkilməsə, İsrail diplomatlarını ölkədən çıxara bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Yerusəlimdəki konsulluğu 30 gün ərzində bağlamağı və diplomatlarını şəhərdən çıxarmağı tapşırıb. Qərar Londonun İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrində istehsal olunan malların ticarətinə qadağa tətbiq etmək qərarından sonra qəbul edilib.
İsrail Xarici İşlər Nazirliyi məsələ ilə bağlı “Reuters“in sorğusuna şərh verməyib. İsrail rəsmilərindən biri isə İsrailə qarşı istənilən addıma cavab veriləcəyini bildirib.
Konsulluq Yerusəlimdə təxminən 200 ildir fəaliyyət göstərir.
Qeyd edək ki, Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ötən həftə konsulluğun bağlanmasının qarşısını almaq məqsədilə İsrailə səfər edib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.
















