• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

    SİYASƏT

    06 Oktyabr 2026 | 16:14 | Müəllif: Əli Hüseynov

    Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

    Latviya Prezidenti Edqars Rinkeviçs oktyabrın 6-da hazırkı Baş nazir Andris Kulberqsə növbəti hökuməti qurmağı tapşırdığını açıqlayıb.

     Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

    Prezident bu qərarı siyasi partiyalarla iki gün davam edən görüşlər silsiləsini başa vurduqdan sonra verib.

    “Hər kəs hökumətin qurulması ilə bağlı “Birgə siyahı” alyansı və Kulberqslə müzakirələr aparmağa və məsləhətləşmələrə hazırdır”, - deyə o bildirib.

    Latviya Prezidenti Kulberqsin koalisiya yaratmaq üzrə müttəfiqlər tapması üçün son tarixi müəyyən etməyib. Lakin o, növbəti hökumətin noyabrın 18-dək qurulmasını istəyir.

    Kulberqsin sözlərinə görə, növbəti hökumətə islahatları həyata keçirə bilən insanlar daxil olacaq. Ötən həftə sonu keçirilən 15-ci Seymə seçkilərdə “Vahid siyahı” partiyaları alyansı seçicilərin ən böyük dəstəyini (35,3%) qazanıb və Andris Kulberqs Baş nazirliyə namizəd olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR