Ermənistanda universal tibbi sığorta proqramı çərçivəsində servikal, kolorektal və döş xərçəngi üçün üç skrininq proqramına başlanılıb.
Bakıvaxtı.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirinin onkologiya üzrə müşaviri Haykuhi Gökçyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 45-68 yaşarası qadınlar ArMed sistemi vasitəsilə qeydiyyatdan keçə və seçdikləri tibb müəssisəsində müayinə mammoqrafiyasından keçə bilərlər. Müayinə üçün ailə həkiminin göndərişi tələb olunmur:
"Dəyişikliklər metastatik onkoloji xəstəlikləri olanlara da aiddir. Əgər əvvəllər bahalı dərmanların əhəmiyyətli bir hissəsini öz vəsaitləri ilə alırdılarsa, indi bu xərclərin əksəriyyətini dövlət öz üzərinə götürür", - deyə Gökçyan bildirib.
Gülşən Şərif
















