Tayland hökuməti2027-ci ilin birinci rübündə xarici vətəndaşlara təxminən 13,50 dollarlıq turist vergisi tətbiq etməyi planlaşdırır.
Bakıvaxtı.az "Bangkok Post" qəzetinə istinadən xəbər verir ki, tətbiq öncə ölkəyə hava yolu ilə gələn səyahətçilərə şamil ediləcək.
Bu tətbiqin büdcəyə illik təxminən 239 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır. Gəlirin bir hissəsi səyahətçilərin tibbi sığortasına istifadə olunacaq. Nəticədəd hər il ayrılan təxminən 209 milyon dollar dövlət vəsaitinə qənaət ediləcək.
Qalan vəsait isə turizm infrastrukturunun inkişafı və modernləşdirilməsi üçün xüsusi fonda yönəldiləcək.
Gülşən Şərif
















