• Bakı 20° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Unu kağız torbada saxlamaq təhlükəlidir – Xəbərdarlıq         

CƏMİYYƏT

07 Oktyabr 2026 | 10:11 | Müəllif: Günəş Mərd

Unu kağız torbada saxlamaq təhlükəlidir – Xəbərdarlıq

Buğda ununu zavodun kağız qablaşdırmasında uzun müddət saxlamaq məsləhət görülmür. Unu aldıqdan sonra hava keçirməyən şüşə və ya plastik qaba tökmək daha məqsədəuyğundur.

Bakıvaxtı.az xəbər verir ki, kağız torba unu nəmdən və zərərvericilərdən kifayət qədər qorumaya bilər. Un havadan nəmi asanlıqla çəkir.

Yüksək rütubət isə kifin yaranmasına və mikotoksinlərin əmələ gəlməsinə səbəb ola bilər.

Mikotoksinlər istiliyədavamlı maddələr olduğundan, çörəyin bişirilməsi zamanı tamamilə məhv olmaya bilər.

Buğda ununun 18°C-dən aşağı temperaturda, möhkəm bağlanan qabda saxlanılması tövsiyə olunur. Bu şəraitdə onun saxlanma müddəti 12–18 ay ola bilər.

Tam buğda, tam buğda-çovdar unu və kəpəyin isə soyuducuda, təxminən 4°C temperaturda saxlanılması və 3–4 aydan gec olmayaraq istifadə edilməsi məsləhətdir.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026