İsrail HƏMAS hücumunun ildönümü ilə bağlı Qəzza ilə sərhədləri bağlayıb, Fələstin ərazilərini təcrid edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunun 3-cü ildönümü ilə əlaqədar təhlükəsizlik tədbirlərini sərtləşdirib.
İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətinin Koordinasiyası İdarəsinin (COGAT) yaydığı məlumata görə, Müdafiə Nazirliyinin qərarı ilə Qəzza zolağı ilə bütün nəzarət-buraxılış məntəqələri bağlanıb, İordan çayının qərb sahili isə tam təcrid olunub.
Qərara əsasən, anım günü çərçivəsində Qəzza zolağına humanitar yardımların daxil olmasına da icazə verilməyəcək.
Zeynəb Rzayeva
















