• Bakı 17° C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Hərbçilərin ölümündən sonra Tokayev onu da işdən çıxardı

DÜNYA

07 Oktyabr 2026 | 11:30 | Müəllif: Günəş Mərd

Hərbçilərin ölümündən sonra Tokayev onu da işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində təlimlər zamanı 14 hərbçinin ölümü ilə bağlı nazirlikdə aparılan araşdırma ilə əlaqədar olaraq müdafiə nazirinin müavini Əsgər Beysenovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Hadisədən sonra Qazaxıstanın müdafiə naziri də dəyişdirilib. Bundan əlavə, müdafiə nazirinin birinci müavini və Baş Qərargah rəisi Kanyş Abubakirov, müdafiə nazirinin müavini Almaz Jumakeyev və Hərbi Dəniz Qüvvələrinin komandanı Kanat Niyazbekov vəzifələrindən azad ediliblər. 

Qeyd edək ki, Kanat Niyazbekov daha sonra həbs edilib. Onunla bağlı istintaq 14 hərbçinin ölümü ilə əlaqədar davam edir. 

Xatırladaq ki, sentyabrın 24-də keçirilən təlimlər zamanı 17 hərbçi Xəzər dənizinə düşüb, onlardan 14-ü həlak olub, 3 nəfər isə xilas edilib. Hadisədən sonra Tokayev Müdafiə Nazirliyində genişmiqyaslı araşdırma aparılmasını tapşırıb.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR