• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

CƏMİYYƏT

07 Oktyabr 2026 | 09:49 | Müəllif: Əli Hüseynov

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Oktyabrın 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 32%-ni təşkil edir.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı Astarada 14, Yardımlı, Şirvanda 12, Lənkəran, Neftçalada 10, Lerikdə 9, Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1-7 mm qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR