"Real Madrid" klubu gələcək transfer pəncərələrində, xüsusilə 2027-ci il üçün heyətini gücləndirmək məqsədilə çalışmalar aparır.
Bakıvaxtı.az xəbər verir ki, madridlilər Avropanın iki ulduz futbolçusunu - Maykl Olise və Erling Halandı diqqət mərkəzində saxlayır.
"Bavariya"nın fransız cinah oyunçusu ilə yeni müqavilə müzakirələri fonunda tərəflər arasında təxminən 200 milyon avro məbləğində sərbəstqalma bəndinin razılaşdırılması müzakirə olunur. Bu bənd gələcəkdə "Real Madrid" kimi nəhənglərin onun transferini reallaşdırmasını asanlaşdıra bilər.
"Mançester Siti"nin norveçli qoladoru da uzunmüddətli karyerası ilə bağlı planlar qurur. Halandın düşərgəsinin gələcək üçün İspaniya La Liqasını (xüsusilə "Real Madrid"i) üstünlük verilən istiqamət olaraq nəzərdən keçirdiyi bildirilir. (Offsideplus.az)
















