ABŞ sakini Şelvi Nil 80 illik yubileyini fərqli şəkildə qeyd etmək qərarına gəlib. O, sağlığında öz dəfn mərasimini təşkil edərək yaxınlarını bir araya toplayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Nil 2020-ci ildə ailə evini dəfn evinə satarkən şərt qoyub ki, burada iki dəfn mərasimi keçirilsin – biri onun, digəri isə həyat yoldaşının. Əri mart ayında vəfat edib və onun dəfn mərasimi artıq keçirilib.
“Öz dəfnimdə olmaq istərdim”, – deyə Nil bildirib. Qızı bu fikri dəstəkləyib və 80 yaşlı qadın mərasimi özü təşkil etməyə qərar verib.
Tədbir bazar günü saat 14:30-da keçirilib. Qonaqlara açıq mikrofon verilib və onlar Nil haqqında fikirlərini bölüşüblər. Mərasimdən sonra isə yubiley münasibətilə ziyafət təşkil olunub.
Nil bildirib ki, bu mərasim ölümə deyil, onun 80 illik həyatına və inancına həsr olunub. O, vəfat etdikdən sonra ənənəvi dəfn mərasimi əvəzinə yalnız qəbiristanlıqda mərasim keçirilməsini istəyir.
Murad İsmayıl
















