• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

CƏMİYYƏT

06 Oktyabr 2026 | 13:27 | Müəllif: Gülşən Şərif

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyati təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Lakin bir neçə il sonra ikinci övladına hamilə qalan Səkinə bu hamiləliyi sonlandırmaq istəməyib.

Qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən qadının bir müddət sonra vəziyyəti pisləşib. Vəziyyəti ağır olan S.Yusifova Bakıya aparılarkən yolda komaya düşüb. Respublika Klinik Xəstəxanasına yerləşdirilsə də həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. (Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR