• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Ermənistan parlamentinin iclası yenidən dayandırılıb

DÜNYA

06 Oktyabr 2026 | 14:36 | Müəllif: Gülşən Şərif

Ermənistan parlamentinin iclası yenidən dayandırılıb

Ermənistan parlamentinin iclası "Mülki müqavilə" partiyasının deputatı Taron Çaxoyan tərəfindən bütün ermənilərin katolikosu II Qareginin ünvanına səsləndirilən ittihamlardan sonra növbəti dəfə dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bu gün səhər saatlarında hakim "Mülki müqavilə" və müxalif "Güclü Ermənistan" fraksiyalarının deputatları parlamentdə dalaşıblar. Baş vermiş insidentdən sonra elan edilmiş fasilədən qayıdan parlamentin sədri Ruben Rubinyan baş verənləri şərh edərək, bunun dava deyil, sadəcə itələşmə olduğunu bildirib.

"İnsanlar gündəlikdən kənara çıxdıqda, bu, iclası pozan müxtəlif nəticələrə gətirib çıxarır: məsələn, Respublika Partiyasının keçmiş üzvü ["Güclü Ermənistan"ın deputatı Edqar Kazaryan] bizi quldur adlandırmaq qərarına gələr, "Mülki müqavilə"dən kimsə isə cavabında ona: "özünsən quldur, Ermənistan Respublika Partiyasının çirkli üzvü" deyər", - o bildirib.

R.Rubinyan "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyana söz verməkdən imtina edib, daha sonra deputat Kazaryanın hər dəfə iclasların normal gedişatını pozduğunu bildirib. O, Kazaryanı xəbərdar edib ki, insident təkrarlanacağı təqdirdə onu zaldan çıxaracaq.

Zaldakı vəziyyət Çaxoyanın çıxışından sonra, onun II Qaregini Ktriç Nersisyan adlandırması və müxalifətə xidmət etməkdə günahlandırması ilə yenidən gərginləşib. Rubinyan ikinci dəfə planlaşdırılmamış fasilə elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR