• Bakı 18° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Zidan Fransa futbolunun tarixinə düşdü

İDMAN

06 Oktyabr 2026 | 11:53 | Müəllif: Əli Hüseynov

Zidan Fransa futbolunun tarixinə düşdü

Fransa yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən ev oyununda Belçika millisinə 4:1 hesabı ilə qalib gəlib.

Bakıvaxtı.az "Stats Foot"a istinadən xəbər verir ki, Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi vəzifəsində fəaliyyətinin ilk dövrlərində olduqca diqqətçəkən nəticələr nümayiş etdirir.

Mütəxəssisin rəhbərliyi altında fransalılar meydana çıxdıqları ilk dörd qarşılaşmada üç qələbə qazanıb və cəmi bir dəfə heç-heçə ediblər. Məhz bu göstəricinin sayəsində fransız çalışdırıcı milli komandanın sükanı arxasında Jak Santinidən bəri ən yaxşı başlanğıca imza atıb.

Qeyd edək ki, Santini də 2002-ci ildə öz fəaliyyətinə üç qələbə və bir heç-heçə ilə başlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR