İranla işgüzar əlaqələr quran təşkilatlar sanksiyalara məruz qala bilər.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Bəyanata əsasən, İranla əməliyyat aparan xarici maliyyə qurumları xəbərdarlıq edilmədən sanksiya siyahılarına əlavə ediləcək. Ona görə də xarici maliyyə qurumları Tehranla bu cür əlaqələri dayandırmaq üçün dərhal addımlar atmalıdırlar.
Nazirlik əlavə edib ki, İranla əlaqəli əməliyyatlar ABŞ maliyyə qurumları və ya digər ABŞ şəxsləri tərəfindən sanksiyaların pozulması ilə nəticələnərsə, xarici maliyyə qurumları inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər.
Gülşən Şərif
















