• Bakı 15° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Elmar Məmmədyarovun bağı ətrafında qalmaqal

SİYASƏT

06 Oktyabr 2026 | 15:59 | Müəllif: Əli Hüseynov

Elmar Məmmədyarovun bağı ətrafında qalmaqal

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Anar Həsənov adlı şəxs bu bağ sahəsinin onun ailəsinə məxsus olduğunu iddia edir.
Onun iddiasına görə, Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib.

Elmar Məmmədyarovun adına 2016-cı ildə 0.24 hektarlıq bağ sahəsinə mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilib.
Anar Həsənovun tələb etdiyi sahə də bura daxildir.
Anar Həsənov bir neçə ildir ki, bağ sahəsinin onların ailəsinə aid olması barədə sənəd almağa çalışır.
O, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edərək, əmlakın məxsusluğuna dair arayış istəsə də, imtina cavabı alıb. Daha sonra məhkəməyə müraciət edib. Lakin məhkəmə də bu quruma qarşı iddiasını təmin etməyib.

Məlumatına görə, mübahisənin Elmar Məmmədyarova aidiyyəti olduğuna görə o da üçüncü tərəf kimi məhkəmə işinə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR