Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) oktyabrın 6-da saat 04:15 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda xəsarət alan şəxslərdən 4 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil qiymətləndirilir.
Qeyd olunub ki, hadisə nəticəsində 2009-cu il təvəllüdlü yeniyetmənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
09:45
Qax şəhərində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, avtomobildə ola digər sərnişinlər Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.
***
09:17
Qaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə gecə saat 02 radələrində Qax rayonu ərazisində qeydə alınıb.
Kamran Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 17 yaşlı sərnişin Elcan Muxtarov ölüb. Digər sərnişinlər – 16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb.
















