• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qaxda maşın aşıb, yaralanan var

HADİSƏ

05 Noyabr 2026 | 09:24 | Müəllif: Əli Hüseynov

Qaxda maşın aşıb, yaralanan var

Qaxda minik avtomobili aşıb, xəsarət alan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə noyabrın 4-ü axşam saat 23 radələrində Qax-Qorağan avtomobil yolunda baş verib.

Qax rayon sakininin minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı rayonun Qarabaldır kənd sakini 40 yaşlı Paşa Yəhyayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026