• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi

CƏMİYYƏT

05 Oktyabr 2026 | 18:17 | Müəllif: Subhan Mahmudov

Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi

Güclü yağışlar Quba-Xınalıq yolunda sürüşmə təhlükəsini yenidən artırıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yolun 30-cu kilometrində qeydə alınıb. Sürüşmə nəticəsində iri qaya parçaları və palçıq yola tökülərək hərəkəti tamamilə dayandırıb.

Hazırda yol bağlı olduğundan ərazidə nəqliyyatın hərəkəti mümkün deyil. Bu səbəbdən 8 kəndlə avtomobil əlaqəsi çətinləşib.

Sakinlərin sözlərinə görə, sürücülər maşınlarını yolun hər iki tərəfində saxlamaq məcburiyyətində qalır, qarşı tərəfdən gələn avtomobillər isə sərnişinləri götürərək hərəkətlərini davam etdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026