• Bakı 16° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Hörmüz boğazında tanker vuruldu

DÜNYA

04 Oktyabr 2026 | 12:57 | Müəllif: Zeynəb Rzayeva

Hörmüz boğazında tanker vuruldu

Hörmüz boğazında hərəkət edən tanker naməlum mərmi ilə vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Qərargahı nəzdindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

“Gəminin kapitanı mərminin dəyməsi nəticəsində maşın şöbəsinin zədələndiyini bildirib. Mövcud məlumata görə, heyət üzvləri təhlükəsizlikdədir”, – deyə UKMTO-nun bildirişində qeyd olunub.

Hücuma məruz qalan gəminin adı, qeydiyyat limanı və hadisənin dəqiq baş verdiyi yer barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl, sentyabrın 30-dan oktyabrın 2-dək olan müddətdə UKMTO Hörmüz boğazında daha beş tankerin vurulduğunu xəbər vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026