Mühafizəkarların yerli seçkilərdə məğlubiyyətindən sonra hökumətin sabitliyi ilə bağlı Avropa Birliyi daxilində və xaricində narahatlıqlar var.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Almaniya kansleri Fridrix Merz deyib.
"Həm AB daxilində, həm də xaricindəki bir çox tərəfdaş ölkədə Almaniya hökumətinin sabitliyi ilə bağlı artıq bəzi suallar var. Bəlkə də ölkə daxilində bəziləri Almaniya hökumətinin qarşısına qoyduğu vəzifələri yerinə yetirməməsinin nə demək olduğunu tam anlamır. Bu, Avropa üçün ölçüyəgəlməz nəticələrə səbəb ola bilər. Buna görə də hökumətin sabitliyini təmin etmək üçün hər şeyi edəcəyəm", - deyə o bildirib.
















