• Bakı 18° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İngiltərə yığması Xorvatiya millisini darmadağın edib

İDMAN

03 Oktyabr 2026 | 23:30 | Müəllif: Əli Hüseynov

İngiltərə yığması Xorvatiya millisini darmadağın edib

İngiltərə millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə Xorvatiya yığmasını 7:0 hesabı ilə məğlub edib.

    Bakıvaxtı.az xəbər verir ki, Riyekada keçirilən qarşılaşmada Harri Keyn 8-ci və 53-cü, Cud Bellinqem 21-ci, Entoni Qordon 39-cu, Bukayo Saka 45-ci və 68-ci, Morqan Rocers isə 87-ci dəqiqədə fərqlənib.

    İngiltərə Xorvatiya millisinin səfər oyununda qapısına beş və daha çox qol vuran ilk komanda olub. İngilislər buna qədər Xorvatiyanı səfərdə yalnız bir dəfə – 2008-ci ilin sentyabrında 2010-cu il dünya çempionatının seçmə mərhələsində məğlub etmişdilər. Həmin qarşılaşma 4:1 hesabı ilə başa çatmışdı.

    Bu, Xorvatiya millisinin tarixində ən böyükhesablı məğlubiyyət olub. Komanda bundan əvvəl 2018-ci ilin sentyabrında Millətlər Liqasının qrup mərhələsində İspaniyaya səfərdə 0:6 hesabı ilə uduzmuşdu.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    04 Oktyabr 2026
    03 Oktyabr 2026