• Bakı 13° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Oman Sultanı Qazaxıstana dövlət səfəri edəcək

DÜNYA

04 Oktyabr 2026 | 15:17 | Müəllif: Zeynəb Rzayeva

Oman Sultanı Qazaxıstana dövlət səfəri edəcək

Oman Sultanı Heytəm bin Tariq Al Səid oktyabrın 5-6-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya dövlət səfəri edəcək.

Bakıvaxtı.az “Akorda”ya istinadən xəbər verir ki, səfər çərçivəsində yüksək səviyyəli danışıqların keçirilməsi planlaşdırılır.

Danışıqlar zamanı siyasi dialoqun möhkəmləndirilməsi, ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin mədəni-humanitar əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Kasım-Jomart Tokayev və Heytəm bin Tariq Al Səid, həmçinin Qazaxıstan-Oman biznes forumunda iştirak edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026