• Bakı 14° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova

ŞOU

05 Oktyabr 2026 | 20:17 | Müəllif: Subhan Mahmudov

"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

"İkisi də işləyir. Amma evə pul vermirlər. Maaş hara gedir, qadının xəbəri yoxdur. Soruşuram, evə ərzağı kim alır? Bazarlıq etmir. Maaş alır və kənara xərcləyir. Uşağa, evə pul xərcləmir. Mənəvi və maddi qadının yanında deyillər. Həyat yoldaşı öhdəliklərini yerinə yetirmirlər. Belə kişidən boşanmaq lazımdır. 

Uşaqlarına ərzaq almaya bilərsən? Qadın alır, bişirir, o da gəlib yeyir. Niyə demirsən ki, zəngin qadın deyiləm axı, kişi saxlayım?".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR