• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

DÜNYA

05 Oktyabr 2026 | 20:23 | Müəllif: Subhan Mahmudov

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

Türkiyənin cari ilin əvvəlində PUA-larla mübarizə üçün kiçik miqdarda Ukraynaya tədarük etdiyi "Korkut" zenit sistemlərinin sınaqları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Middle East Eye" (MEE) nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sistemlər Ukraynada uğurla sınaqdan keçirilib və Kiyev sözügedən zenit sistemlərini almaqda maraq göstərib.

Onların döyüş şəraitində sınaqdan keçirilməsindən sonra Kiyev əlavə komplekslərin alınmasında maraqlı olduğunu bildirib.

Adının çəkilməsini istəməyən ukraynalı rəsmi MEE-yə bildirib ki, "Korkut" Rusiyanın hücumlarının dəf edilməsində kifayət qədər yüksək səmərəlilik nümayiş etdirib. Onun sözlərinə görə, sistemin işində bəzi problemlər yaransa da, onları kiçik düzəlişlərlə aradan qaldırmaq mümkün olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026