• Bakı 12° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Qonşu ölkədə fındıq ixracından rekord gəlir - 188,5 milyon dollar

CƏMİYYƏT

03 Oktyabr 2026 | 23:38 | Müəllif: Əli Hüseynov

Qonşu ölkədə fındıq ixracından rekord gəlir - 188,5 milyon dollar

Gürcüstan 2025–2026-cı marketinq ilində fındıq ixracından rekord məbləğdə gəlir əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, ölkə xaricə 18,5 min ton fındıq sataraq 188,5 milyon dollar qazanıb. İxrac edilən məhsulun 12,5 min tonu Avropa İttifaqı ölkələrinin payına düşüb.

Gürcüstan fındığının əsas alıcıları İtaliya, İspaniya, Almaniya, Fransa, Yunanıstan, Çexiya və Polşa olub.

Son 13 ildə ölkənin kənd təsərrüfatı məhsullarının ixracında da ciddi artım qeydə alınıb. 2012–2025-ci illər ərzində aqrar məhsulların ixracı dörd dəfə artaraq 1,8 milyard dollara çatıb.

Eyni dövrdə Gürcüstanda fındıq istehsalı 24,7 min tondan 49,3 min tona yüksəlib. Qoz istehsalı isə 4,8 min tondan 7,8 min tona çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026