"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.
Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.
Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
***
21:40
“Fənərbağça” “Turan Tovuz” qarşısında hesabı 2:0-a çatdırıb
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində Kante İstanbul təmsilçisini hesabda önə keçirib – 0:1.
Oyunun 74-cü dəqiqəsində isə Çağrı Balta fərqi artıraraq “Fənərbağça”nın üstünlüyünü iki topa çatdırıb – 0:2.
***
20:50
“Turan Tovuz”la Türkiyənin “Fənərbağça” klubu arasında keçirilən yoldaşlıq matçında ilk hissə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, komandalar fasiləyə hesab 0:0 olmaqla yollanıblar.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
***
20:32
“Turan Tovuz”la Türkiyənin “Fənərbağça” klubu arasında bu gün keçiriləcək yoldaşlıq matçı üçün heyətlər açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da start götürüb, oyuna aşağıdakı heyətlə çıxacaqlar:
“Turan Tovuz”: 35 Aleksey Kenyakin, 5 Roderik Miller, 21 Stiv Beusnar, 23 Alexandro Serrano, 77 İbrahima Vadji, 15 Emmanuel Hakman (k), 32 Hayderson Hurtado, 7 Xorxe Silva, 25 Denis Marandiçi, 11 Dioqo Balau, 28 Aleksa Yankoviç.
“Fənərbağça”: 34 Mert, 27 Semedo, 3 Braun, 6 Quendouzi, 22 Levent, 59 Efe Yılmaz, 91 Kante, 10 Asensio, 11 Qrinvud, 54 Çağrı, 99 Alaettin.
















