• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 20-yə yüksəlib

DÜNYA

04 Oktyabr 2026 | 19:27 | Müəllif: Subhan Mahmudov

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 20-yə yüksəlib

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.

Bununla da qəza nəticəsində ölənlərin sayı 20-yə yüksəlib. Hazırda 8 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olan 239 nəfər xilas olunub.

Hadisə ilə bağlı üçü Azərbaycan vətəndaşı olmaqla, 9 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026