Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb.
Bakıvaxtı.az-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alnıb.
İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Taleh Əliyev və bacısı, 1996-cı il təvəllüdlü Əsmayə Əliyeva kimyəvi maddənin yanıq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Hər iki şəxsə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb.
















