• Bakı 16° C

    1.45 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar

İDMAN

03 Oktyabr 2026 | 11:25 | Müəllif: Gülşən Şərif

Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar

 Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Riççone şəhərində keçirilən "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

İdmançılar sinxron və fərdi proqramlarda mükafatlara sahib çıxıblar.

Sinxron proqramda 13–14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhamməd Həsənli 45,170 xalla qızıl medala layiq görülüblər.

15–16 yaş kateqoriyasında Ammar Baxşalıyev və Fərhad Mustafayev 45,390 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

17–21 yaş kateqoriyasında isə Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medal qazanıblar.

Fərdi proqramda Hüseyn Abbasov 57,950 xalla, Ammar Baxşalıyev 53,300 xalla qızıl medal əldə ediblər. Muhamməd Həsənli isə 49,290 xalla gümüş medalın sahibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026