Bu gün səhər saatlarında İranın Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində məhkəmə binasının qarşısında atışma olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, silahlı atışma nəticəsində 1 nəfər güllə yarasından həyatını itirib, 4 nəfər isə yaralanıb.
İlkin araşdırmalara görə, hadisə şəxsi münaqişə və qisas motivi ilə baş verib.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.
















