Tbilisidə "Vağzal meydanı" ərazisindəki piyada körpüsündə baş vermiş yanğın söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətindən hadisə zamanı xəsarət alanların olmadığı bildirilib.
Xidmətin məlumatına əsasən, yanğın körpüdəki mağazalardan birində başlayıb və daha sonra ətrafa yayılıb.
Yanğının aradan qaldırılmasında 10-a yaxın yanğınsöndürmə maşını iştirak edib.
***
16:03
Tbilisidə "Vağzal meydanı" metrostansiyası yaxınlığında güclü yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın piyada keçidində qeydə alınıb.
Əraziyə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.
Hadisənin səbəbi və digər təfərrüatlar hələ məlum deyil.
















