• Bakı 16° C

    1.86 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Əfqanıstanda DƏHŞƏT: Ölənlər var

DÜNYA

03 Oktyabr 2026 | 21:20 | Müəllif: Əli Hüseynov

Əfqanıstanda DƏHŞƏT: Ölənlər var

Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb.

Bakıvaxtı.az-ın "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib.

Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir.

Polisin məlumatına görə, bu həftənin əvvəlində eyni rayonun Samti rayonundakı başqa qızıl mədənində iki gün qalmış 10 mədənçi xilas edilib.

Dəmir filizi, mis, qurğuşun, sink, qızıl, kömür və qiymətli daşların geniş şəkildə çıxarıldığı Əfqanıstanda mədən çökmələri tez-tez baş verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026