• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Avtovağzal" stansiyasında kişi öldü

HADİSƏ

03 Oktyabr 2026 | 15:29 | Müəllif: Gülşən Şərif

"Avtovağzal" stansiyasında kişi öldü

Metronun "Avtovağzal" stansiyasında kişi vəfat edib.

Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Belə ki, stansiyanın platformasında ahıl yaşlı bir sərnişinin qəfil halı pisləşib.

Dərhal bütün müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti çağırılıb.

“Bakı Metropliteni” hadisəni təsdiq edib.

“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”,- deyə qurumdan bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026