Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, "Gəncə" "Ordu"nun qonağı olacaq.
Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.
Xatırladaq ki, daha əvvəl "Sabah" "LANDAU Lions"u (84:74), "Sumqayıt" NTD-ni (111:94) məğlub edib. "Naxçıvan" - "Neftçi" görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.
















