• Bakı 14° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsi davam edir

CƏMİYYƏT

02 Oktyabr 2026 | 17:36 | Müəllif: Əli Hüseynov

Təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsi davam edir

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, test imtahanı mərhələsində uğur qazanan 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət olunub.

İndiyədək 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibələrin nəticələri ilə bağlı məlumatlar mütəmadi olaraq təhsilverənlərin şəxsi kabinetlərinə göndərilir.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinə sentyabrın 17-də başlanılıb. Prosesin oktyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR