• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

"Üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır" - Nazir

SİYASƏT

02 Oktyabr 2026 | 12:15 | Müəllif: Subhan Mahmudov

"Üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır" - Nazir

Bu görüş üç ölkə arasındakı dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir. Artıq ənənə halını almış belə görüşlərin mütəmadi olaraq keçirilməsi böyük əhəmiyyətə malikdir. Ölkələrimiz arasında dostluq və strateji münasibətlər müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşa şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının müdafiə nazirlərinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platformadır.

"Bugünkü görüşümüzdə münasibətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf perspektivləri, həyata keçirdiyimiz tədbirlərin səmərəliliyi, regionda cərəyan edən hərbi-siyasi proseslər, birgə əməkdaşlığın əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı. Ötən illərdə olduğu kimi, 2026-cı il ərzində də üçtərəfli formatda bir sıra mühüm fəaliyyətlər icra etdik. Biz əməkdaşlığın inkişaf dinamikasından razıyıq, birgə səylərimizlə onu daha da genişləndirmək və dərinləşdirmək niyyətindəyik. Vurğulamaq istəyirəm ki, qarşılıqlı hörmət, mehriban qonşuluq münasibətləri və etimada əsaslanan əməkdaşlıq regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün böyük əhəmiyyət kəsb edir", - deyə Zakir Həsənov vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR