Bakıda kişi faciəvi şəkildə ölüb.
Bakıvaxtı.az lent.az-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, H.B.Zərdabi prospektində qeydə alınıb.
67 yaşlı Ceyhun Kamal oğlu Ağamaliyev binanın dəhlizində halı pisləşərək, pilləkənlərdən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
















