Qırğızıstan ilk peykini ABŞ-nin "Falcon 9" raketi ilə kosmosa göndərib.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kənd təsərrüfatı torpaqlarını, buzlaqları, meşələri və otlaqları izləmək üçün "SpaceX" şirkətinə məxsus "Falcon 9" raketi Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasından kosmosa qalxıb.
Kosmik gəmi Qırğızıstan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən birgə yaradılıb.
Tədbirdə Qırğızıstan Prezidenti Sadir Japarov iştirak edib.
Gülşən Şərif
















