• Bakı 13° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Tomsk vilayətində ayıları öldürənlər mükafatlandırılacaq

DÜNYA

02 Oktyabr 2026 | 16:24 | Müəllif: Gülşən Şərif

Tomsk vilayətində ayıları öldürənlər mükafatlandırılacaq

Tomsk Vilayətinin Ovçuluq və Balıqçılıq Departamenti 5 oktyabrdan etibarən öldürülən hər ayı üçün mükafatlandırma üçün müraciətləri qəbul etməyə başlayacaq.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə qubernator Vladimir Mazur məlumat vferib.

Onun sözlərinə görə, ödəniş məbləği 13% şəxsi gəlir vergisi çıxılmaqla 359 dollar olacaq. Vəsait ərizəçinin bank hesabına köçürüləcək. Ovçular üçün bu təşviq bu ilin sonuna qədər bütün bölgədə keçərli olacaq.

Bölgənin rayonlarında müraciətlər dövlət ov müfəttişləri tərəfindən qəbul ediləcək. Departamentə və ya yerli ov idarəçilərinə təqdim edilməli olan dəri ovlanan yırtıcının sübutu hesab olunacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR