• Bakı 13° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İsrailli aktyor ABŞ-də təyyarə qəzasında ölüb

ŞOU

03 Oktyabr 2026 | 09:23 | Müəllif: Gülşən Şərif

İsrailli aktyor ABŞ-də təyyarə qəzasında ölüb

İsrailli aktyor və pilot Gi Kapulnik ABŞ-nin Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, 46 yaşlı Kapulnik qəza zamanı təyyarəni idarə edib.

Məlumata görə, təkmühərrikli təyyarə Kaliforniyadakı Hesperiya hava limanının yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə Kapulniklə yanaşı, 33 yaşlı Teylor Laska da olub. Qəza nəticəsində hər iki şəxs həyatını itirib.

“Kapulnik təkmühərrikli təyyarəni idarə edərkən hava gəmisi ABŞ-nin Kaliforniya ştatındakı Hesperiya hava limanının yaxınlığında qəzaya uğrayıb”, – məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026