• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Hürrem" Bakıya gəlir 

ŞOU

31 Oktyabr 2026 | 12:34 | Müəllif: Subhan Mahmudov

"Hürrem" Bakıya gəlir

"Muhteşem Yüzyıl” serialında "Hürrem Sultan" obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək.

Bakıvaxtı.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən “İmroz'da Bahar” filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək. Tədbir noyabrın 4-nə planlaşdırılıb.

Rejissor Özcan Alperin ekran işində iki insanın şəxsi itkilərlə mübarizəsindən bəhs olunur. Hadisələr Türkiyənin Gökçeada adasında cərəyan edir.

Filmdə Halit Ergenç də rol alıb. Üzerli və Halit 15 ildən sonra yenidən eyni ekran işində tərəf müqabili olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR