Xəbər veridiyi kimi, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilib. Partiyanın yeni İdarə Heyətinin üzvləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov yeni İdarə Heyətində yer almayıb.
Qeyd edək ki, Vasif Talıbov 1995-2022-ci illər aralığında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.
















