• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Trabzonspor"un matçını idarə edən hakim SAXLANILDI

İDMAN

02 Oktyabr 2026 | 00:54 | Müəllif: Subhan Mahmudov

"Trabzonspor"un matçını idarə edən hakim SAXLANILDI

Türkiyəli futbol hakimi Yasin Kol "Trabzonspor" və "Droqeda Yunayted" komandaları arasında keçirilən yoldaşlıq matçından dərhal sonra saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "Hakimlər işi" araşdırması çərçivəsində baş tutub.

Saxlanılan hakimə qarşı sənədlərdə saxtakarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz mərc oyunlarında iştirak kimi ağır ittihamlar irəli sürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Y. Kol son iki mövsümdə 5 derbinin baş hakimi olub. (Offsideplus.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026